Bugün Bakı Sağlamlıq Mərkəzində Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib.

Bugün Bakı Sağlamlıq Mərkəzində Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib. Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun açılış nitqi ilə başlayan tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dr. Muammer Çelik (infeksiya xəstəlikləri uzmanı), Esen Batır (infeksiyaya nəzarət tıbb bacısı) və müxtəlif xəstəxanalardan qatılan həkimlər, infeksiyaya nəzarət tibb bacıları və baş tibb bacıları iştirak etmişdir. Asiman Həsənov 5 may - Dünya Əl Gigiyenası Gününün yaranma tarixi və bu günün əsas mahiyyəti haqqında məlumat verdi və səhiyyə sistemi inkişaf etmiş ölkələrin tibb müəssisələrində infeksiyaların profilaktikası və buna nəzarətin təşkili ilə bağlı görülən işlərdən nümunələr gətirdi. Bildirdi ki, mərkəzimizdə infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin gücləndirilməsi yolunda silsilə işlər görülür və Bakı Sağlamlıq Mərkəzinin ÜST ilə əməkdaşlığı nəticəsində qurulan infeksiyaya nəzarət komitəsi də bu yolda atılan adddımlardan biridir. Sonda hər kəsi bu layihə altında birlikdə çalışmağa səslədi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiya xəstəlikləri uzmanı Dr. Muammer Çelik Azərbaycanın səhiyyə sahəsində sistemli infeksiya nəzarət proqramı qurmaq və pilot layihə kimi Bakı Sağlamlıq mərkəzində bunu tətbiq etməkdən məmnunluq duyduğunu bildirdirib. Mərkəzimizin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri, həkim infeksionist Ləman Qalimova çirkli əllərdə olan virus və bakteriyaların respirator xəstəlikləri, virus hepatitləri, bağırsaq infeksiyaları, və COVID-19 virusu kimi bir çox xəstəliklərin yayılmasını sürətləndirdiyini bildirib. Həkim infeksionist bu səbəbdən də indiki dövrdə tibb işçilərini olduqca diqqətli olmağa çağırıb. Sonda Bakı Sağlamlıq Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatı əməkdaşlarının hazırladığı marifləndirici video çarx təqdim olunub. Tədbirdən olan görüntüləri sizə təqdim edirik. Xoş seyrlər! #ÜmumdünyaƏlGigiyenasıGünü #ƏlGigiyenasıGünü

Diqər xəbərlər